Sabahdan noyabrın 1-ə təyin edilmiş Milli Məclisə seçkilərdə qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına başlanılır.
Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş Təqvim Planına əsasən, təşviqat kampaniyası qeydə alınmış namizədlər, onların səlahityyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən aparıla bilər.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlaнır və səsvermənin başlanmasına 24 saat qalmış başa çatır.