Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) hepatit müayinələri keçiriləcək.
Aktual.az bildirir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən deyiblər.
Belə ki, 28 iyul - Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlı iyulun 28-30-da RMDM-də həkim-hepatoloqun pulsuz konsultasiyası təşkil ediləcək.
RMDM-də üç gün davam edəcək müayinələrdə sağlamlığını düşünən hər bir kəs iştirak edə bilər. Müayinələr xaricdə təhsil alan həkim-hepatoloq tərəfindən keçiriləcək.
Qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan Hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.
Qeyd edək ki, RMDMdə dəfələrlə anoloji aksiyalar təşkil olunub.