Sabah ölkə ərazisində hava yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Gündüz mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir külək güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 17-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, şərq rayonlarında çiskin olacağı, axşam isə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.