İyunun 7-də Moskvada Xəzərin hüquqi statusu ilə bağlı xüsusi işçi qrupun iclası keçiriləcək.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək görüşə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun sədrlik edəcək.
Görüşə Azərbaycandan xarici işlər nazirinin müavini Xələf Xələf qatılacaq.
Görüşün qapalı keçəcəyi bildirilir.