Sabah səmada parlaq meteor axını müşahidə olunacaq

Sabah səmada parlaq meteor axını müşahidə olunacaq

Kainat bir az gec də olsa Yer kürəsi sakinlərinə Yeni il hədiyyəsini təqdim edəcək. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, yanvarın 3-dən 4-nə keçən gecə "Kvadrantid” meteor axını baş verəcək. Planetimizn üzərindən saatda 100 meteor keçəcək. 

"Kvadrantid” meteor axını ilk dəfə 2 yanvar 1825-ci il tarixdə italiyalı Antonio Brukalassi tərəfindən təsvir olunub. Sonradan astronomlar prosesin dövri olduğunu sübut ediblər - axın Yer kürəsi üzrəindən hər il keçir. 

Meteor axını adətən kometlərdən başlayır, lakin "Kvadrantid”də belə deyil. 2003-cü ilin may ayında amerikalı astronom Cenniksen kometin bir hissəsi olan "2003 exl” adlı adasteroidi (196256) kəşf edib. Bu asteroiddən hər ilin yanvar ayında parlaq "Kvadrantid”lər hərəkətə başlayırlar. 
 
Aktual.az
Xəbər 700 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR