Sabah “Qarabağ”ın rəqibləri müəyyənləşəcək

Sabah “Qarabağ”ın rəqibləri müəyyənləşəcək

Sabah Çempionlar Liqasında 2019/20 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkü atılacaq.

APA-nın məlumatına görə, püşkatma İsveçrənin Nyon şəhərində keçiriləcək.
UEFA-nın mənzil qərargahındakı tədbirdə 43 komanda iştirak edəcək. Azərbaycan çempionu "Qarabağ”ın da rəqibləri bəlli olacaq.
Qurban Qurbanovun yetirmələri öncə I təsnifat mərhələsindəki rəqibini tanıyacaq. Ardınca isə təmsilçimizin yer aldığı cütün qalibi növbəti raundda qarşılaşa biləcəyi iki komandanın kimliyini biləcək.
Tədbir I təsnifat mərhələsinin püşkü ilə başlayacaq. 31 klub və ilkin mərhələnin qalibi 16 cütlük təşkil edəcək. İlkin mərhələdə mübarizə aparacaq 4 komanda iştirakçılardan biri üçün potensial rəqibə çevriləcək.
Bu mərhələdə səpələnmişlər sırasında olan "Qarabağ”ın nisbətən zəif rəqiblə duel gözləyir. Ağdam klubu ümumilikdə 19 komanda ilə üz-üzə gələ bilər. Bunlar səpələnməmiş 15 komanda, həmçinin ilkin mərhələnin iştirakçılarıdır. Ermənistan "Pünik”i isə çempionumuza rəqib ola bilməz. I təsnifat mərhələsinin oyunları iyulun 9-10-da və 16-17-də keçiriləcək.
Ardınca II təsnifat mərhələsinin püşkü atılacaq. Püşkatma iki hissədən ibarət olacaq. Qeyri-çempionlar yolunda mübarizəyə başlayacaq 4 komanda iki cütlük təşkil edəcək.
Çempionlar yolunda da 4 klub bu raunddan mübarizəyə start verəcək. Püşkə bu "dördlük” və əvvəlki raundun 16 cütlüyü qatılacaqlar. "Qarabağ”ın yer aldığı cütlük səpələnmişlərdən olacaq. Bu mərhələnin matçları iyulun 23-24 və 30-31-də keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: "Seltik” (Şotlandiya), BATE (Belarus), "Astana” (Qazaxıstan), "Lüdoqorets” (Bolqarıstan), "Qarabağ” (Azərbaycan), "Maribor” (Sloveniya), "Srvena Zvezda” (Serbiya), "Şerif” (Moldova), "Rusenborq” (Norveç), HİK (Finlandiya), "Dundalk” (İrlandiya), "Düdelanj” (Lüksemburq), "Şkendiya” (Makedoniya), TNS (Uels), "Slovan” (Slovakiya), AIK (İsveç)
Səpələnməmişlər: "Suduva” (Litva), "Valletta” (Malta), "Sarayevo” (Bosniya və Herseqovina), "Pyast” (Polşa), "Pünik” (Ermənistan), ÇFR (Kluj, Rumıniya), "Ferensvaroş” (Macarstan), "Nomme Kalyu” (Estoniya), "Sutyeska” (Monteneqro), "Partizani” (Albaniya), "Valyur” (İslandiya), "Linfild” (Şimali İrlandiya), "HB Torshavn” (Farer adaları), "Riqa” (Latviya), "Saburtalo” (Gürcüstan), ilkin mərhələnin qalibi
II təsnifat mərhələsi Çempionlar yolu
Səpələnmişlər: "Kopenhagen” (Danimarka), "Dinamo” (Xorvatiya), APOEL (Kipr), I təsnifat mərhələsinin 7 qalibi
Səpələnməmişlər: "Makkabi” (Təl-Əviv, İsrail), I təsnifat mərhələsinin 9 qalibi
II təsnifat mərhələsi
Qeyri-çempionlar yolu
Səpələnmişlər: "Bazel” (İsveçrə), "Olimpiakos” (Yunanıstan)
Səpələnməmişlər: PSV (Hollandiya), "Viktoriya” (Çexiya)
Qeyd edək ki, ilkin mərhələnin iyunun 25-dəki yarımfinalında "Feronikeli” (Kosovo) – "Linkoln” (Cəbəllütariq) və "Tre Penne” (San-Marino) – "Santa Koloma” (Andorra) cütləri görüşəcək. Kosovonun Priştina şəhərindəki turnirin finalı isə ayın 28-də baş tutacaq.
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR