Sabah MSK referendumun yekun nəticələrini açıqlayacaq

Sabah MSK referendumun yekun nəticələrini açıqlayacaq

Sabah Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vuracaq.

Aktual.az APA-ya istinadən bildirir ki, MSK sabah keçiriləcək iclasında referenduma yekun vuracaq və referendumun nəticələrini rəsmi bildiriş kimi elan edəcək.
 
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK səsvermə günündən başlayaraq 25 gündən gec olmayaraq referenduma yekun vurmalı və referendumun nəticələrini rəsmi bildiriş kimi elan etməlidir. 

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR