Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi sessiyasında son plenar iclası iyunun 24-də keçiriləcək.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, parlamentdən verilən məlumata görə, iclasın gündəliyinə 9 məsələ daxildir.
Bunlar Mülki, Vergi, Miqrasiya, İnzibati Xətalar məcəllələrinə, o cümlədən bir sıra qanunlara dəyişikliklərdir.