Sabahdan "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Aktual.az-a verdiyi məlumata görə, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır.
"Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər. "Bakı Metropoliteni" QSC yaranacaq narahatlığa görə sərnişinlərdən üzr istəyir”, - deyə N.Paşayev bildirib.
Qeyd edək ki, 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.
Aktual.az
Xəbər 1829 dəfə oxunub.