Sabah hava necə olacaq? Proqnoz

Sabah hava necə olacaq?  Proqnoz

İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq. 

Mayın 17-də Azərbaycan rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyi əsəcək, gün ərzində ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-17 dərəcə isti olacaq.

Aktual.az

Xəbər 868 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR