Sabah Nərimanov rayonun bəzi küçələrində su verilməsində məhdudiyyətlər olacaq.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə,Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kollektorundan Ceyranbatan-Binəqədi magistral su kəmərinə birləşmənin verilməsi ilə əlaqədar 18 noyabr 2015-ci il tarixdə gün ərzində Nərimanov rayonunun Ə.Rəcəbli, A.Neymətulla, Y.V.Çəmənzəminli, F.Xoyski, F.Yusifov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.