Bakı küçələrindən birində qazıntı işləri aparılacaq.
Aktual.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, sabah Nərimanov rayonunda Qarabağ və Dəmirçizadə küçələrinin kəsişməsindən başlayaraq Dəmirçizadə küçəsi boyunca davam edən istilik xəttinin dəyişdirilməsi üçün “Azərisitiliktəchizat” ASC tərəfindən həmin ərazidə qazıntı işləri aparılacaq.
İstilik xəttində aparılan işin icrasının oktyabrın 22-də başa çatdırılması nəzərdə tutulur.