Sabah Bakıda və Abşeronun bir hissəsində elektrik enerjisi kəsiləcək

Sabah Bakıda və Abşeronun bir hissəsində elektrik enerjisi kəsiləcək

Sabah saat 10:00-dan 15:30-a qədər dək Abşeron rayonununun AAAF Yaşayış massivinə və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. 

Bu barədə Aktual.az-a "Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, fasilə 110 kv-luq "I Binəqədi hava elektrik verilişi xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Bundan əlavə sabah saat 10:00-dan 16:00-a qədər Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci km-də Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kV-luq "136 saylı yarımstansiya"dan çıxan, Bağlar ETSİ-nin balansında olan 6 kV-luq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılarından üzr istəyib. 
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR