Sabah Azərbaycanda yay vaxtı ləğv ediləcək

Sabah Azərbaycanda yay vaxtı ləğv ediləcək

Sabah Azərbaycanda yay vaxtı ləğv ediləcək.

 Aktual.az Apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 25 oktyabr 2015-ci il tarixində saat 5:00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR