Sabah Azərbaycanda 10 dərəcə şaxta olacaq

Sabah Azərbaycanda 10 dərəcə şaxta olacaq

Dekabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin yarımadanın bəzi yerlərində yağıntılı olacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah hvanın temperaturu gecə 1-3 dərəcə, gündüz 6-9 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir, gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlədə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Dekabrın 5-i gündüzdən 7-dək Abşeron yarımadasında meteoloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR