Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, iclas TDT-nin "Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda Ankarada keçiriləcək Fövqəladə Zirvə görüşü çərçivəsində baş tutacaq.
Xəbər 229 dəfə oxunub.