Saatlıda kriminal avtoriteti güllələyərək öldürən şəxs tutulub

Saatlıda kriminal avtoriteti güllələyərək öldürən şəxs tutulub

 Saatlı rayonunda kriminal avtoritet Oktay Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report”un xəbərinə görə, bu, O.Əkbərovun qardaşı oğlu 22 yaşlı Saleh Əkbərovdur.
S.Əkbərovdan hadisə zamanı istifadə etdiyi ov tüfəngi aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Xatırladaq ki, dünən rayonun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.
 
Aktual.az
Xəbər 555 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR