Saatlı rayonu ərazisində daha bir yeraltı təkan qeydə alınıb.
Aktual.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ saat 10.50-də baş verib.
Maqnitudası 3.3 olan, 46 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.
Qeyd edək ki, bu gün saat 07:24-də də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 5.3, dərinliyi 39 km olub.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.
Zəlzələ Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.
Aktual.az
Xəbər 340 dəfə oxunub.