Şağanda dayısı arvadını öldürənlərin şikayəti qismən təmin edilib - (EKSKLÜZİV FOTOLAR)

Şağanda dayısı arvadını öldürənlərin şikayəti qismən təmin edilib - (EKSKLÜZİV FOTOLAR)

Bakı Apellyasiya Məhkəməsində Xəzər rayon sakinləri Nahid, Əziz və Cahid Qədəşovların CM-nin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə cəhd) , 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəlləri ilə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, 2014-cü il avqustun 25-i axşam saat 23 radələrində Şağan qəsəbəsində yaşayan Tərlan Abdullayev, arvadı Ülkər və oğlu Rəhman kəsilmiş-dəşilmiş xəsarətlərlə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Həmin ərəfədə qəsəbə sakini Nahid Qədəşov Xəzər RPİ 1-ci polis bölməsinə könüllü gələrək, növbətçi hissəyə bıçağı təqdim edib və qohumlarına xəsarətlər yetirdiyi barədə məlumat verib. Gecə saat 3 radələrində müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq Ülkər Abdullayeva xəstəxanada ölüb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, Ülkər Abdullayevanın bədən səthində 8 ədəd yara aşkar edilib, ölümünə - ürəyin zədələnməsi nəticəsində törənmiş kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, 2013-cü ilin aprel ayında gəlin köçmüş Nahid Qədəşovun bacısı Aysel əri Rəham və dayısı arvadı Ülkər Abdullayeva tərəfindən incidildiyi üçün, körpə uşağı ilə 2014-cü il avqustun 24-də ata evinə qayıtıb. Məsələyə aydınlıq gətirməkdən ötrü 
Nahid öz anası ilə səhərisi gün dayısı Tərlan Abdullayevın Əzizbəyov küçəsində yaşadığı 88 saylı evə yollanıb. Söhbət zamanı Ülkər Abdullayevanın "qızınız bizə lazım deyil" sözlərinə görə Nahidlə RƏhman arasında münasibətlər daha da kəskinləşib. Nahid Qədəşov ailəsinin rüsvay olduğunu, özünü qəsəbə sakinləri arasında təhqir olunmuş və alçaldılmış şəxs kimi qəbul etdiyi üçün qohumlarından qisas alıb, onları öldürməyi qərara alıb. O, niyyətini qardaşlarına danışıb, 2 ədəd bıçaqla silahlanan üç qardaş axşam saat 22 radələrində dayısının evinə yollanıblar. Nahid divanda əyləşmiş Tərlan Abdullayevə arvadını çağırmasını deyib. Sonuncu ayağa qalxdıqda ona zərbələr endirib. Rəhman atasına kömək etmək istədikdə Əziz və Cahid onu yerə yıxıblar, sonra isə təpik və yumruqla xəsarətlər yetiriblər. Onun qısqırıq səsinə Ülkər Abdullayeva evdən həyətə çıxıb. Nahid Tərlanı buraxıb, Ülkərin üzərinə hucum edib və qadını yerə yıxaraq, ona zərbələr endirib. Səs-küyə gəlmiş nənəsi Rəfiqə Abdullayeva və qohumu İlqar Rəhimov hadisənin qarşısını alıblar və yaralıları xəstəxanaya çatdırılıblar. Buna baxmayaraq Ülkər Abdullayeva dünyasını dəyişib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid və Əziz Qədəşovlar 19 il, Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrum olunublar. 

Hökmdən məhkumlar apellyasiya şikayətləri veriblər. 

Bakı Apellaysiya Məhkəməsi işin hallarını araşdıraraq onların şikayətlərini qismən təmin edib. Qərara əsasən Nahid və Əziz Qədəşovların cəzaları 18 ilə endirilib, Cahid Qədəşovun cəzası dəyişdirilmədən qüvvəsində saxlanılıb.






















Xəbər 1826 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR