Saakaşvilinin həyat yoldaşı böyük siyasətə addım atır

Saakaşvilinin həyat yoldaşı böyük siyasətə addım atır
  • DÜNYA

Gürcüstanın “Milli Birlik Hərəkatı” ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun deputatlığa namizədliyini irəli sürüb.

Oxu.Azbu barədə “Vestnik Kafkaza”ya istinadən xəbər verir. 

“Sandranın qərarının sizin rayondan, sizin kənddən namizədliyini irəli sürməsi bizim üçün böyük şərəfdir”, - partiyanın liderlərindən biri, parlamentin sabiq spikeri David Bakradze Zuqdid rayonunun Kortsxeli kəndində bildirib. 

Rulofsun özü bu qərarın qəbul edilməsinin onun üçün çətin olduğunu bildirib. 

“Mən son aylar çox düşündüm və bu, mənim üçün çətin qərar idi... Mən tez-tez Mişa ilə danışırdım, mən əmin olmalı idim ki, xoşagəlməz hadisələr təkrarlanmayacaq. İnanın ki, əgər mən zorakılığın təkrar olmayacağından əmin olmasaydım, burada dayanmazdım”, - Rulofs deyib. 

Sabiq birinci xanımın Zuqdid rayonunda iqtidar “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasından rəqibi hazırkı rayon administrasiyanın rəhbəri Edişer Toloraya olacaq. 

Gürcüstan parlamentinə seçkilər dekabrın 8-də keçiriləcək. 

Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR