Putin milli sərhədlərin heç birinə hörmət etmir.
Aktual.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri “İndependent” qəzetinə müsahibəsində Odessa qubernatoru Mixail Saakaşvili söyləyib.
Onun sözlərinə görə, Rusiyanın növbəti hədəfi Baltikyanı ölkələr olacaq:
“Mən hələ 2008-ci ildə Ukraynanın növbəti hədəf olacağını proqnozlaşdırmışdım. Bundan sonrakı addım isə Baltikyanı ölkələr ola bilər. Bizi Rusiyanın yenidən Gürcüstan və ya Azərbaycana qayıtmayacağını da deyə bilmərik”.