Saakaşvili gözlənilmədən Türkiyəyə gedib

Saakaşvili gözlənilmədən Türkiyəyə gedib
  • DÜNYA

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Türkiyəyə səfər edib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə M. Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

O, İstanbul bələdiyyə başqanı Kadir Topbaşın dəvəti ilə İstanbulda olduğunu qeyd edib.

“Mer Kadir Topbaş şəhərdə həyata keçiriləcək layihələrlə bizi tanış etdi. Biz Odessadakı İstanbul parkının yenidən qurulmasını da müzakirə etdik. İstanbul meriyası parkı çox gözəl və rahat bir yerə çevirmək üçün bütün xərcləri öz üzərinə götürür. Biz razılaşdıq ki, parkın açılışına türk iş adamlarından ibarət böyük nümayəndə heyəti gələcək və Odessa vilayətindəki investisiya layihələri müzakirə olunacaq. Gələn il yanvarın sonunda isə biz Odessanın investisiya imkanlarına dair İstanbulda təqdimat keçirəcəyik”.

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR