Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili 20 məmuru işdən qovub.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı “Dumskaya” nəşri yayıb.
Məlumata görə, Saakaşvili bu addımı bəzi güc strukturlarının hesabatını dinlədikdən sonra atıb.
İşdən çıxarılanlar rüşvətə görə ittiham edilir.
Gürcüstanın keçmiş prezidenti keçirdiyi iclasda söz verib ki, vilayət prokurorluğu haqda da ölçü götürəcək.
Aktual.az