"Beşiktaş" futbol klubunun rəhbərliyi ABŞ-da həbs olunan cənubi azərbaycanlı iş adamı Rza Zərrabın "Vodafone Arena"dakı lojasını satıb.
Aktual.az axşam.az-a istinadən xəbər verir ki, Rza stadionun qərb hissəsində yerləşən "skybox"u keçən ilin aprelində alıb, keçən həftə həbs olunduqdan sonra isə yeri satışa çıxarılıb.
Stadiondakı 147 lojanın hamısı əvvəlcədən 3 il müddətinə satılıb. Ona görə də Zərrabın boş qalan yerinə müştəri dərhal tapılıb. Lojanın yeni sahibi 3 il üçün 500 min dollar ödəyib.
Rzanın ödədiyi məbləğ isə geri qaytarılıb.