Mayamidə həbs olunan azərbaycan əsilli iş adamı, türkiyəli müğənni Ebru Gündeşin eks-əri Rza Zərrab maraqlı qərarı ilə gündəmi zəbt edib.
Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, bank saxtakarlığı və çirkli pulların yuyulması ittihamları ilə Nyu-Yorkda mühakimə olunan Rza Zarrab bəzi vəkilləri ilə yollarını ayırıb.
Zərrab 3 vəkillə vidalaşıb. Keçmiş iş adamı bu haqda məhkəməyə rəsmi müraciətində bildirib. Bəzi vəkilləri ilə da gələn həftə keçiriləcək məhkəmədə çıxacaq qərara əsasən, müqavilələtinə xitam veriləcəyi ehtimalı var.
Xatırladaq ki, prokuror R.Zərraba 75 il həbs istəyib.
Aktual.az
Xəbər 820 dəfə oxunub.