Trampın Putinlə görüşə göndərdiyi “3-cü şəxs” kimdir?

Trampın Putinlə görüşə göndərdiyi “3-cü şəxs” kimdir?
  • DÜNYA

Kreml Rusiya prezidenti ilə danışıqlar aparmaq üçün üç nəfərlik Amerika nümayəndə heyətinin gəldiyini açıqlayıb: Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Baş Xidmətlər Administrasiyasının Federal Satınalma Xidmətinin komissarı Coş Qruenbaum.
Aktual.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Qruenbaumu yaratdığı Sülh Şurasına baş məsləhətçi təyin edib.
39 yaşlı Coş Qruenbaum yəhudidir, babası Holokostda bütün ailə üzvlərini itirib.
Nyu York Universitetinin Biznes Məktəbində biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə yiyələnib. Ardınca dörd il Moelis investisiya bankında çalışıb, daha sonra isə KKR investisiya şirkətinə keçib.
Tramp administrasiyasına qoşulmazdan əvvəl o, bir neçə hüquq firmasında restrukturizasiya, birləşmə və satınalmalar üzrə ixtisaslaşıb. Qruenbaum hüquq dərəcəsi və MBA dərəcəsinə malikdir və Nyu York Dövlət Vəkillər Kollegiyasının üzvüdür.
Qruenbaum əvvəllər Rusiya-Amerika danışıqlarında iştirak edib, lakin daha aşağı səviyyədə - ötən payız Mayamidə Uitkoffla Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev arasında keçirilən danışıqlarda olub.
Xəbər 74 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR