Röyanın keçmiş ərindən şok açıqlama: ''Milyonlarla pulumuz başqa şəxslərin hesabına köçürülüb''
''Çudo Peçka'' mağazalar şəbəkəsinin direktoru Çingiz Cəlilovun oğlu, müğənni Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilov və yaxınlarının milyonlarla pulları bank hesabların çıxarılıb. Aktual.az criminal.az-a istinadən xəbərinə görə, Anar Cəlilov bildirib ki, Bank Standartda ona və yaxın qohumlarına məxsus bank hesablarında onların razılığı olmadan külli miqdarda, milyonlarla pul vəsaitinin başqa şəxslərin hesabına köçürülüb:
''Bu səbəbdən bank standartda olan hesablarımızdan razılığımıza olmadan kimlərin istifadə etmə və həmin hesablarda külli miqdarda pul vəsaitlərinin kimlərin hesablına köçürülməsi barədə məsələlərin aydınlaşdırılması üçün Səbail rayon Məgkəməsinə iddia ərizi ilə müraciət etmişdik. Məhkəmənini qətnaməsi ilə bizim iddiamız təmin edilmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədovun 02.03.2016-cı il tarixli qərarı ilə Səbailin qətnaməsi əsassız olaraq ləğv edilib, Bank Standartda mənə və yaxın qohumlarına məxsusu bank hesablarından bizim razılığıq olmadan milyonlarla pul vəsaitinin kimlər tərəfindən çıxıarılması ilə bağlı iddiamız rədd edilib.
Bununla da Bank Standartın əməkdaşlarının hesablarımızda olan pul vəsaitlərindən qanunsuz olaraq istifadə edilməsi halları ötr-basdır edilib. Bu hərəkətləri ilə bakı Apellaysiya Məhkəməsi nəinki bizim hüquqları köbud şəkildə pozmuş, həmçinin aşkar şəkildə Bank Standartın əməkdaşlarını qanunsuz əməllərini gizlətməklə onlara xidmət etdiyini təsdiq edib. Bakı Apellayasiya məhkəmsinin sədri İman Nağıyevin Bank standartı himayə etməsi ilə bağlı şaiyələr yayılmasına baxmayaraq biz Apellyasiya Məhkəməsinin rəhbərliyinini belə iş tutumasına innamırıq''.
// Aktual.az