Bu gün Müqəddəs Ramazan bayramı qeyd olunur.
Aktual.az-ın axşam.az-a istinadən məlumatına görə, sənət aləminin tanınmış simaları sosial şəbəkədə bayram təbrikləri ünvanlayıblar.
Xalq artisti Alim Qasımov:
“Ramazan çox mübarək bir bayramdır. Bu aydan Allah insanları bağışlamış halda çıxartmaq istəyir. Məhz bu bayram günü insanlar sevinci, coşqunu hiss edir. Bütün otuc tutan müsəlman dünyasını təbrik edirəm. Allah hamının oruc və namazını qəbul etsin. Ramazan bayramınız mübarək olsun”.
Xalq artisti Məleykə Əsədova:
“Ramazan bayramınız mübarək. Allah qəlbinizdə olan bütün arzulara sizləri çatdırsın. Övladlarımızı bizə, bizi övladlarımıza çox görməsin. Amin”.
Əməkdar artist Röya Ayxan:
“Bayramınız mübarək olsun. Süfrənizdən su və çörəyiniz əskik olmasın. Allah nə günahlarınız varsa, sevdiklərinizə bağışlasın. Ən böyük xəstəliklərə tutulan insanlara həkimlər pozitiv adamlar əhatəsində olmağı məsləhət görür. Buna görə də hamınıza gözəl əhval-ruhiyyə diləyib, hər zaman önünüzə gülər üzlü insanların çıxmasını arzulayıram”.
Müğənni Zamiq Hüseynov:
“Hamını ürəkdən təbik edirəm. Neçə belə bayramlara çıxaq. Arzularımız, istəklərimiz çin olsun. Allah hamının ürəyincə versin, bu həm alqış, həm də qarqışdı. Bəd-nəzərdən uzaq olaq, sevək-sevilək, Allah bizi pis insanlardan qorusun”.
Prodüser Tarix Əliyev (Tolik):
“Ramazan bayramınız mübarək olsun. Allahım, sənə inanmayana lənət. Necə yazmısansa, buyurmusansa, sənin qoyduğun qanunla hər şey vaxtlı-vaxtında icra olunur. Allah dünyamızı əmin-amanlıq, düşmənlərimizi zəlil etsin, xəstələrimizə şəfa versin, evsizlərin evləri olsun, ac olanların qarnı doysun, hamımızın günahlarını bağışlasın”.
Aktual.az