Rusiyanın Tula şəhər polisinin keçirdiyi əməliyyat zamanı 2 qanuni oğru saxlanılıb.
Aktual.az-ın lent.az-a istinadən məlumatına görə, saxlanılan şəxslər Lyoşa Tulski və Roman Barindir. Xəbərdə bildirilir ki, onlar bir qədər əvvəl İstanbulda qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskiyə yaxın şəxslərdir.
L.Tulski R.Lənkəranski tərəfindən Tula bazarına nəzarətçi (“smotryaşiy”) təyin edilmişdi. Saxlanılan şəxslərin üzərindən 2 ədəd tapança və narkotik vasitə aşkar edilib.
Aktual.az