Azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin qətlində adı hallanan Şeyx Həmzət artıq "oğru" statusunun bir addımlığındadır. Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, artıq Şeyx Həmzətin "taclandırılmasına" hazırıq gedir və ona "oğru" statusunun verilməsinə bəzi dairələrdən dəstək gəlib.
Əvvəllər R.Lənkəranskinin yaxın ətrafına daxil olan, ancaq daha sonra onunla münasibətləri pisləşən Həmzət Qasdəmirov adlı bu şəxs indi "tac”a iddialıdır.
Bu məsələdə Şeyx Həmzətə kriminal aləmdə "Valter" ləqəbi ilə tanınan Vaiko Dedceanın dəstək verdiyi bildirilir.
Xatırladaq ki, Lənkəranskinin ölümündən sonra onun qətlində başqa versiyalarla yanaşı məhz bu məqam da vurğulanıb. Lənkəranskinin qətlindən sonra onun xüsusilə Avropadakı bəzi obyektlərinin Şeyx Həmzətin nəzarətinə keçdiyi bildirilir.
Rövşən Caniyevin (Lənkəranski) ölümündən sonra Şeyx Həmzət Türkiyədən Almaniyaya gedib, ancaq tez-tez öz vətəni Çeçenistanda da görünüb. Son dəfə Qroznıda olanda o, ölümdən dönüb. Atılan güllələr Şeyx Həmzətin mühafizəçisinə dəyib. Ona qarşı sui-qəsdin də arxasında meyvə-tərəvəz bazarları uğrunda mübarizə dayanır.
Qasdəmirov hazırda Almaniyada yaşyır.Onun "taclandırılması" təşəbbüsünü Valter qaldırıb və nüfuzlu "qanuni oğru" Əzizdən dəstək istəyib. Əziz dəstəyini nümayiş etdirəcəyini, ancaq təşəbbüslə özünün çıxış etməyəcəyini bildirib.