Rövşən Lənkəranskinin miyonluq malikanədə yaşayan düşməni əslində...- FOTO - VİDEO

Rövşən Lənkəranskinin miyonluq malikanədə yaşayan düşməni əslində...- FOTO - VİDEO

Azərbaycanlı "qanuni oğru”, Türkiyədə öldürülən Rövşən Lənkəranskinin qətlində adı hallanan Şakro Molodoyun (Kürd Şakro) heç bir əmlakı yox imiş.

Aktual.az Cebhe.info-ya istinadən  xəbər verir ki, hazırda həbsdə olan Şakro Molodoy 11 iyul 2016-cı ildə Rublyovkadakı dəyəri milyonlarla dollarla ölçülən malikanədə saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, dəyəri 700 milyon rubl olan bu əmlaka əslində Kürd Şakroya məxsus deyilmiş.



Malikanə 6 hissədən ibarət torpaq sahəsində yerləşir. Onlardan 3-ü Marina Qoldberq adlı şəxsin adınadır. Onu bəziləri Kürd Şakronun arvadı adlandırsa da, rəsmi evlilik yoxdur. Üstəlik qadın ABŞ xüsusi xidmət orqanlarının hazırladığı "The Brothers Circle” siyahısında yer alıb. Bu siyahıda Şakro Molodoy da var. Həmin qrupun MDB ölkələrindən olan kriminal qruplaşma rəhbərləri tərəfindən idarə olunduğu deyilir. Malikanənin digər 3 hissəsi isə Yuliya Bratçenko adına sənədləşdirilib. Moskvada 50 milyon rubl dəyərindənki 3 otaqlı mənzil də bu qadının adınadır.
 

Şakro Molodoyun Mercedes E200, Mercedes ML350 və Lexus markalı maşınları da əslində bu qadınındır. Bəzi məlumatlara görə, Şakronun sevgilisi olan Qoldberq və Bratçenko rəfiqədir. Onların hər ikisi Krosnadar vilayətindəndir. Gürcüstanda isə Kürd Şakronun 30 milyon dollarıq malikanəsi olduğu deyilir. Ancaq həmin malikanə müsadirə edilib və DİN-in idarələrindən birinə verilib.
 
Aktual.az
Xəbər 6410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR