Rövşən Lənkəranskini öldürənin kimliyi məlum olur - Killer danışdı

Rövşən Lənkəranskini öldürənin kimliyi məlum olur  - Killer danışdı

Avqustun 18-də İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qətli üzrə aparılan istintaq zamanı şahidlər dindirilib. R. Lənkəranskinin qətlə yetirildiyi avtomobili idarə edən iş adamı Tahir C. şahid qismində polisə çağırılıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, dindirmədən sonra onun barəsində həbs qərarı verilib. R. Lənkəranskinin oteldə Tahir C. ilə görüşdüyü müəyyənləşib. Həmin toplantıda Lənkəranskinin yaxın adamları sayılan azərbaycanlı Hacıbaba T., A.N. və Z.İ. də iştirak ediblər. Onlar da şahid qismində polisə dəvət olunub.

Dindirilmə vaxtı Hacıbaba T-nin şübhəli şəxs kimi axtarışda olduğu, onun 2013-cü il avqustun 18-də İstanbulda öldürülən azərbaycanlı iş adamı Əli Həmidovun qətlində iştirak etdiyi ortaya çıxıb. Beləliklə, o da saxlanılıb.

Hacıbaba T.-nin Rusiyada törədilən 5 qətl hadisəsinin də iştirakçısı olduğu müəyyənləşib. Ə. Həmidovun qətlinin sifarişinin Lənkəranskinin verdiyi bildirilir. Lənkəranskinin qətlində daha əvvəl şübhəli şəxs kimi saxlanılan və kriminal aləmin üzvü olduqları bildirilən Laşi Ş, Yuri P, Vasili H. və Nadir S. adlı şəxslərlə bağlı araşdırmalar davam etdirilir.

Aktual.az

Xəbər 37342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR