Birinci divizionda iştirak edəcək “Səbail” klubunun iclası keçirilib.
Toplantıda klubun rəhbəri müəyyənləşib.
Keçirilən seçkilərdə Rəşad Abdullayev yekdilliklə klubun Müşahidə Şurasının (MŞ) sədri seçilib. MŞ-nın əvvəlki rəhbəri Yusif Həsənov isə icraçı direktor vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Rəşad Abdullayev AFFA-nın prezidenti Rövnəq Abdullayevin oğludu. //Apasport.az