Rutte Rusiyaya görə baş nazirlə mübahisə etdi

Rutte Rusiyaya görə baş nazirlə mübahisə etdi
  • DÜNYA

NATO-nun Baş katibi Mark Rutte və Estoniyanın Baş naziri Kristen Mixal üç ədəd Rusiya qırıcısının hava məkanını pozmasından dolayı ölkənin Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən məsləhətləşmələr tələb etməsindən sonra mübahisə edib.
Aktual.az xəbər verir ki, bu barədə "Foks Nyus” məlumat yayıb.
"Rutte xəbərdarlıq edib ki, 4-cü maddəyə tez-tez istinadlar müqavilənin özünü dəyərsizləşdirə bilər. Rutte hətta Mixala səsini qaldıraraq bildirib: "NATO tez-tez həyəcan təbili çalanda diqqətli olmalıdır”. Baş katib iddia edib ki, hər dəfə Rusiya PUA, təyyarələr, kiberhücumlar və s. yolla suverenliyi pozanda 4-cü maddənin tətbiqi onun effektivliyini tez bir zamanda məhv edəcək”, - məlumatda deyilib.
Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR