Rutte NATO-nun yeni baş katibi olmaq şansını müsbət qiymətləndirib

Rutte NATO-nun yeni baş katibi olmaq şansını müsbət qiymətləndirib

Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte NATO-nun baş katibi olmaq şansı ilə bağlı nikbin olaraq qalır.
Aktual.az xəbər verir ki, o bu barədə "Nieuwsuur” televiziya proqramına müsahibəsində bildirib.
"Mən qəti nikbinəm. Amma məsələ hələ həll olunmayıb”, – Rutte söyləyib.
Rumıniya Prezidenti Klaus İohannis də NATO-nun baş katibi postuna iddialıdır. Niderland mətbuatının yazdığına görə, Ruttenin namizədliyini ABŞ da daxil olmaqla 32 müttəfiq ölkədən 29-u dəstəkləyir. Yalnız Macarıstan, Rumıniya və Slovakiya buna qarşıdır.
Xatırladaq ki, daha əvvəl NATO-nun hazırkı baş katibi Yens Stoltenberq bildirmişdi ki, o, 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacaq. Mətbuatda buna səbəb kimi Stoltenberqə yerinə namizədin müəyyənləşdirilməməsi olub, belə ki Baş katib alyansa üzv olan bütün ölkələrin konsensusu əsasında təyin edilməlidir.

Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR