Rüsum qalxır, araq içənlərin sayı da sürətlə artır

Rüsum qalxır, araq içənlərin sayı da sürətlə artır

Bu ilin ilk yarısında içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib. Bu o deməkdir ki, vətəndaşlarımızın xərclədiyi hər 100 mantdan 5-i içki və tütün məmulatlarının alınmasına yönəldilir.
Aktual.az xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, ölkəmizdə istehlakın daha da artacağı gözlənilir:
"Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır.
Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır”.
Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla tütün və spirtli içkilərin idxal rüsumu qaldırılıb.
Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR