Millət vəkili Tənzilə Rüstəmxanlının şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etirazı xüsusi qabardılaraq, yanlış təqdim edilib.
Aktual.az xəbər verir ki. bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının yaydığı bəyanatda bildirilib.
Bəyanatında qeyd edilib ki, Tənzilə Rüstəmxanlının çıxışında Hacı Şahinin ruhunu incidəcək bircə kəlmə də olmayıb:
"Dünyada hörmət sahibi olan din xadimləri çoxdur, lakin onlar şəhadətə Allah və millət yolunda qovuşmayıblarsa, şəhid sayıla bilməzlər. Allah Hacı Şahinə rəhmət eləsin. Xalqımız arasında böyük hörmət-izzəti var idi, ruhu sayğı ilə anılır. Vaxtsız ölümünə hər kəs ürəkdən acıdı. Amma Hacı Şahin şəhid deyil axı! Hacının adı hər yerdə hörmətlə xatırlanır, adına minlərlə insan hər gün salavat çevirir. Vacib deyil ki, o həm də şəhid sayılsın. Bunu heç özü də məqbul saymazdı”.
Qeyd edək ki, ötən gün deputat Tənzilə Rüstəmxanlının Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında Hacı Şahinlə bağlı dedikləri ictimai müzakirələrə səbəb olmuşdu. Belə ki, T.Rüstəmxanlı şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz etmişdi.
Xəbər 88 dəfə oxunub.