Rüstəm Orucov: "Özümə gələ bilməmişəm"

Rüstəm Orucov:

Tokio-2020-nin cüdo yarışlarını 5-ci sırada başa vuran Olimpiya komandamızın bayraqdarı Rüstəm Orucov çıxışını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, Milli Olimpiya Komitəsinin rəsmi "facebook" səhifəsinə danışan Rio 2016-nın gümüş mükafatçısı, püşkdə bəxtinin gətirmədiyini deyib: "Püşk yaxşı gətirmədi. Üçüncü görüşdə Olimpiya çempionu ilə düşdüm. Bütün gücümü onunla qarşılaşmada itirdim. Sonra bərpa oluna bilmədim ki, axıra kimi gedim, üçüncü yeri tutum. Yəqin qismət belə imiş. Hələ ki özümə gələ bilməmişəm. Toparlanıb forma yığa bilsəm, inşallah, gələcəkdə necə olacağını hamı görəcək".

Qeyd edək ki, ilk mərhələdə Musa Moquşkovu(Rusiya), ardınca Somon Mahmadbekovu(Tacikistan) məğlub edən Orucov, 1/4 finalda sonradan Olimpiya çempionu olan yaponiyalı Şohey Onoya uduzub. 29 yaşlı idmançımız təsəlliverici görüşdə Akil Cakovanı(Kosova) üstələsə də, bürünc medal uğrunda həlledici görüşdə cənubi koreyalı An Çanq-rimlə bacarmayıb.
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR