Azərbaycan cüdoçusu Rüstəm Orucov bu gün Çinin Quançjou şəhərində start götürən "World Master” turnirində yarımfinala vəsiqə qazanıb.
"Report” xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı mübarizəyə 1/8 finaldan başlayıb və ardıcıllıqla iranlı Məhəmməd Məhəmmədi ilə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib.
O, yarımfianlda Cənubi Koreyadan olan Çan-Qrim Anomla üz-üzə gələcək.
Qeyd edək ki, iki gün davam edəcək turnirdə Azərbaycanın daha 4 cüdoçusu mübarizə aparacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskayatatami üzərinə çıxacaq.
Aktual.az
Xəbər 527 dəfə oxunub.