Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, üçüncü yarış günündə 73 kq çəkidə çıxış edən idmançı buna ardıcıllıqla Vadzim Şoka (Belarus), Georgios Markariyan (Yunanıstan) və Konstantin Qabunu (Kanada) məğlub etməklə nail olub. O, yarımfinala vəsiqə uğrunda Tohar Butbulla qarşılaşacaq.
Eyni çəkidə yarışan Hidayət Heydərov isə 1/4 finalın bir addımlığındadır. Friqyes Zabo (Macarıstan) və Musa Moquşkovdan (Rusiya) güclü olan yığma üzvü 1/8 finalda Erik Hamla (Böyük Britaniya) qarşılaşacaq.
Bu gün mübarizəyə qoşulan millinin digər üzvü - 57 kq çəkidə çıxış edən İçinxorloo Munxtsedev ilk görüşdə Miryam Roperə (Panama) uduzub.
Qeyd edək ki, ilk iki yarış günüdə mübarizə aparan Azərbaycan cüdoçuları - Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal qazana bilməyiblər.
Xəbər 396 dəfə oxunub.