Futbol üzrə Rusiya çempionatının 18-ci turunda Ermənistan yığmasının hücumçusu Yura Movsisyan meydançaya çıxan zaman fanatlar Türkiyə bayraqlarını yandırıblar.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Ultra Sever” fan-klubu öz “twitter” səhifəsində yazıb.
Qarşılama Moskvanın “Spartak” və Samaranın “Krılya Sovetov” komandaları arasında “Açıq Arena”da baş tutub.
Oyunun 60-cı dəqiqəsində “Spartak”ın və Ermənistan yığmasının hücumçusu Yura Movsisyan meydana çıxarkən Moskva klubunun fanatları Türkiyə bayraqlarını yandırmağa başlayıblar.
Qeyd edək ki, Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasında gərginlik yaşanır.