Rusiyanın məşhur idman saytlarından olan sports.ru Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı təxribata əl atıb.
Aktual.az xəbər verir ki, saytın əməkdaşları Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Spartak”la - "Legiya” qarşılaşmasından canlı şəkildə reportaj verərkən Mahiri erməni kimi təqdim edib.
Ruslar Emrelinin oyunun 78-ci dəqiqəsində qapıya başla vurduğu topu şərh edən zaman "erməninin baş zərbəsi uğursuz oldu” yazıblar.
Xəbər 402 dəfə oxunub.