Ruslar hər yeri dağıdaraq irəliləyir - Umerov

Ruslar hər yeri dağıdaraq irəliləyir - Umerov

Rusiya qüvvələri irəliləmək üçün Ukraynada 1,5 tonluq idarə olunan bombalardan istifadə edir.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov deyib.
"Rusiya bu il minlərlə raket və kamikadze pilotsuz uçuş aparatı buraxıb, çəkisi 1,5 tona qədər olan idarəolunan bombalardan misli görünməmiş şəkildə istifadə edərək yolunda olan hər şeyi məhv edib. Bu bombalar ruslara xarabalıqlar arasında irəliləməyə imkan verir", - nazir söyləyib.
Nazir vurğulayıb ki, məhz hava hücumundan müdafiə sistemləri Ukrayna səmasının qorunmasında həlledici amilə çevrilə və minlərlə insanın həyatını xilas edə bilər.
Xəbər 105 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR