Rusiyaya zərbə olar, Moskvaya yox - Bayden

Rusiyaya zərbə olar, Moskvaya yox - Bayden

ABŞ Ukrayna Silahlı Qüvvələrinin Moskvaya Amerika silahları ilə zərbə endirməsinə icazə verməyəcək.
Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
"Ukraynalılara sərhədə yaxın, sərhədin o biri tərəfində istifadə edildikdə və Ukraynada konkret hədəflərə zərbələr endirmək icazəsi verilir. Biz Rusiya daxilində 200 mil (321 km) məsafədə zərbələrə icazə vermirik – o cümlədən Moskvaya və Kremlə”, - o bildirib.
Qeyd edək ki, mayın sonunda ABŞ hakimiyyəti Ukraynaya verilən silahların istifadəsinə qoyulan məhdudiyyətləri yumşaldaraq, Rusiyanın sərhəd ərazilərinə zərbələr endirməyə icazə verib.
Xəbər 215 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR