Son illər ölkəmizə qarşı 22 mindən çox qanunsuz sanksiya tətbiq edilib. Amma məhz cəmiyyətin birliyi sayəsində Rusiya bütün çətinlikləri və problemləri dəf edir, güclənir.
Aktual.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
"Ölkəmizi təcrid etmək, iqtisadiyyatını parçalamaq cəhdləri onların təşəbbüskarları üçün uğursuzluqla nəticələnib. Cəmiyyət Prezident Putinin ətrafında cəmləşib. Çətinlikləri dəf etməklə Rusiya daha da güclənir”, - o bildirib.
Xəbər 127 dəfə oxunub.