"Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq"


"Avropa İttifaqi daxilində olan fikir ayrılıqlarına baxmayaraq, təşkilat Rusiyaya qarşı sanksiyaları uzatmaq niyyətindədir".

Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini Almaniyanın "Die Welt" nəşrinə müsahibəsində deyib.

F. Mogerini bildirib ki, məhdudiyyətlərin aradan qaldırılması Minsk razılaşmaları tam yerinə yetiriləcəyi təqdirdə mümkündür: "Bizim sanksiya siyasətimizlə bağlı fikir ayrılıqları həmişə olub. Çox güman ki, bu, yenə də davam edəcək. Lakin buna baxmayaraq, vahidlik prinsipi həmişə qorunacaq. Biz bu prinsipə əsaslanacaq və qərarları birgə qəbul edəcəyik".

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının müddəti iyulun 31-də başa çatır.

Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR