“G20” sammiti çərçivəsində keçirilən görüşlərdən sonra qərb liderləri Ukkraynadakı münaqişəyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətinin 2016-cı ilin iyununadək uzadılmasına dair qərar veriblər.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu “Reuters”ə adı çəkilməyən yüksək vəzifəli avropalı diplomat bildirib.
Siyasətçilər Ukraynanın şərqində keçiriləcək seçkilər ərəfəsində Rusiyaya qarşı sanksiyaların saxlanılmasının zəruriliyini qeyd ediblər.