Gürcüstan prezidenti Georgi Marqvelaşvili Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə dəstək verib.
Avstriyanın Federal Prezidenti Haynts Fişerlə danışıqlardan sonra təşkil olunan mətbuat konfransında çıxış edən G.Marqvelaşvili deyib ki, Qərb dövlətlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəinki saxlanılmalıdır, hətta sərtləşməlidir, çünkü "beləliklə Moskva yanlış siyasət apardığı hiss edir".
Gürcüstan prezidenti sanksiyaların hansı səbəblə gündəmə gəldiyini xatırladaraq deyib: "Bu sanksiyaların yeganə səbəbi var: Ukrayna ərazisində müharibənin dayandırılması. Krımın işğalı da qəbul edilməzdir".
Kiyevin qərbyönümlü siyasətini də təqdir edən G.Marqvelaşvili bildirib ki, Rusiya özü də sabit və demokratik dövlətlərlə qonşuluq etməkdə maraqlı olmalıdır.(Report)
Aktual.az