Novorossiya planı artıq Kreml üçün aktual deyil.
Aktual.az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionov söyləyib. Onun sözlərinə görə, Moskva bütün Ukraynanı nəzarətə götürmək istəyir:
"Rusiya üçün Yanukoviç administrasiyasına nəzarət, ölkənin bir-iki vilayətinə nəzarət etməkdən daha vacibdir. Moskva Yanukoviç administrasiyasından kifayət qədər yararlanmağı bacardı. Məhz bu, Ukraynanın yenidən Xarkov müqaviləsini imzalamasına səbəb oldu".
Qeyd edək ki, Xarkov müqaviləsi 2010-cu ildə imzalanıb. Bu müqaviləyə əsasən, Qara dəniz donanmasının Ukraynadakı fəaliyyəti uzadılıb.