Rusiyanın xüsusi nümayəndəsi sülh danışıqlarına GƏLİR

Rusiyanın xüsusi nümayəndəsi sülh danışıqlarına GƏLİR

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işi davam etdirmək üçün Bakı və İrəvana səfərlər edəcək.
 
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.
 
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərimizdə sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur. Həm Bakı, həm də İrəvan Rusiyanın müvafiq yardım tələbini təsdiqləyib”, - deyə XİN rəsmisi vurğulayıb.
 
Qeyd edək ki, İqor Xovayev bu yaxınlarda Azərbaycan və Ermənistanda səfərdə olub.
Xəbər 214 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR